Girovlarla bağlı Avropaya bəyanat ünvanlandı

Diasporla İş üzrə Dövlət Komitəsindən AzVision.az-a verilən məlumata görə, müraciətdə öz doğma torpağında erməni işğalçıları tərəfindən girov götürülmüş D.Əhmədov və Ş.Quliyevin vəziyyətinin ağır olduğu bildirilir.
Adıçəkilən qurumlar bəyanatlarında beynəlxalq qurumları həmvətənlərimizin taleyinə biganə qalmamağa çağırır, erməni işğalçılarının işgəncə siyasətinə son qoymasını tələb edirlər.
Bəyanatda Kəlbəcərdəki hadisələrlə yanaşı, Dağlıq Qarabağ və yeddi ətraf rayonun ermənilər tərəfindən işğal edilməsi, bir milyondan çox qaçqın və məcburi köçkünün acınacaqlı taleyi barədə bir daha məlumat verilir.
AAK və AAKM-in vətəndaşlarımızın müdafiəsinə dair yaydığı bəyanatda ən bəsit insan hüquqlarının - Vətəndə yaşamaq hüququnun pozulmasının yolverilməzliyi vurğulanır və bu hüququn bərqərar olunması tələb olunur
AzVision.az
Teqlər: