Bacı və qardaş öldü

Belə ki, kənd ərazisində 63 yaşlı Aslan Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən maşın bir neçə dəfə dövriyyə vurduqdan sonra sementlə yüklənən yük maşınına çırpılıb.
Qəza nəticəsində “Mercedes”in sürücüsü Aslan Abdullayev hadisə yerində dünyasını dəyişib. Sürücünün bacısı, 57 yaşlı Dürdanə Ağayeva ağır yaralanıb. Onu xilasedicilər çıxararaq xəstəxanaya yerləşdiriblər.
Lakin həkimlər qadının həyatını xilas edə bilməyiblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.(anspress)
Teqlər: