Bakı-Tiflis-Qars dəmiryolu xəttində müthiş oğurluq

İddiaya görə, BTQ xəttinin Gürcüstan və Azərbaycan hissəsində işləyən podratçı “BAYÇEL” firmasına məxsus maşınlar avtomobilin gizli bölmələrində tikinti yerindən maye yanacağı oğurlayublar. Oğurladıqları yanacağı isə bölgədəki şirkətlərə satıblar.
Bundan xəbər tutan Arpaçay sakinləri məsələ ilə bağlı Qars prokurorluğuna müraciət edib və iddia öz təsdiqini tapıb. Hazırda faktla bağlı araşdırma davam edir.
Sevinc İltifatqızı, Eldar Tanrıverdiyev
Teqlər: