Mübariz Qurbanlı ilk iclasını keçirdi

Komitənin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda Dövlət Komitəsinin yeni sədri Mübariz Qurbanlı, DQİDK-nın mərkəzi aparatının işçiləri, habelə bölgə şöbə müdirləri iştirak ediblər.
Dövlət Komitəsinin sədri M.Qurbanlı çıxış edərək bundan sonra DQİDK-nın qarşısında duran vəzifələr barədə məlumat verib.
Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri strategiyası ölkəmizdə yaşayan müxtəlif dini inanclara sahib olan vətəndaşlarımız arasında mövcud olan tolerantlığın gücləndirilməsi, milli-mənəvi dəyərlərimizin qorunması və inkişaf etdirilməsi vətəndaşlarımızda, xüsusən də dindarlarda dövlətə inamın və dövlətçiliyimizə dəstəyin formalşdırılmasına xidmət edir.
Tədbirdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təltif edilmiş DQİDK-nın Qarabağ bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfova Dövlət Komitəsinin sədri tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə" medalı təqdim edilib.
Sonda bir sıra cari məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
AzVision.az