Sumqayıtda sexdə yanğın olub

Sumqayıtda sexdə yanğın olub
  22 Aprel 2013    Oxunub:1153
Sexin yanar konstruksiyaları, içərisində olan avadanlıqlar və toxumluq yumurtalar yanıb
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Sumqayıt şəhəri, Yeni Yaşma yaşayış massivində vətəndaşa məxsus ümumi sahəsi 1200 kv.m olan sexin yanar konstruksiyaları, içərisində olan avadanlıqlar və toxumluq yumurtalar yanıb. Yaxınlıqdakı digər sexlər yanğından mühafizə olunub.

Yanğın saat 02:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:





Xəbər lenti