Dövlət qoruğunda narkotik bitki

Dövlət qoruğunda narkotik bitki
  23 İyul 2014    Oxunub:3406
Narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, nazirliyin Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Qoruq ərazisində mühafizə rejiminin yoxlanılması, o cümlədən ərazidə narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi ərazilərin müəyyən olunması məqsədilə müntəzəm reydlər keçirilir.

22 iyul 2014-cü il tarixində daxil olmuş operativ məlumat əsasında ETSN-nin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları Qoruq ərazisində operativ reyd keçirib.

Reyd zamanı Qoruğun Gərəkli sahəsinin 8 saylı dolayında ölçüləri 4x4 metr və 10x6 metr olan sahələrdə narkotik xassəli çətənə bitkisi olduğu güman edilən 134 ədəd bitkinin naməlum şəxslər tərəfindən qanunsuz olaraq əkilib-becərilməsi faktı aşkar edilib.

Eyni zamanda sözügedən ərazidə Nazirliyin əməkdaşları tərəfindən 1 ədəd çadır aşkarlanaraq ərazini sürətlə tərk edən bir nəfərin fotoşəkli çəkilib. Dərhal hadisə barədə Balakən rayon Polis Şöbəsi məlumatlandırılaraq götürülmüş materiallar onlara təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti