Lerik və Lənkərandakı yanğının qarşısı alındı

Lerik və Lənkərandakı yanğının qarşısı alındı
  23 İyul 2014    Oxunub:1120
Fövqəladə Hallar Nazirliyi (FHN) Lerik və Lənkəran rayonları ərazisində baş verən yanğınlarla bağlı məlumat yayıb.

AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, məlumatda bildirilib ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Qeyd edək ki, Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə, meşə zolağında 5 ha sahədə, o cümlədən Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib.

AzVision.az


Teqlər:





Xəbər lenti