Kanalda batan 12 yaşlı uşaq tapıldı

Kanalda batan 12 yaşlı uşaq tapıldı
  23 İyul 2014    Oxunub:1116
Su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində batan 12 yaşlı oğlanın meyiti tapılıb.
AzVision.az FHN-in saytına istinadən xəbər verir ki, su kanalının İmişli rayonun, Cəfərli kəndi ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 60 km aralıda) batmış 2002-ci il təvəllüdlü Tamerlan Ramin oğlu Şirinovun axtarışları başa çatmışdır. T. Şirinovun meyiti Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən batdığı yerdən, təxminən, 12 km aralıda tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 07:15-də başa çatıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti