Paşinyan Azərbaycanı regional güc adlandırdı

   Paşinyan Azərbaycanı  regional güc adlandırdı
  23 Yanvar 2025    Oxunub:417
Ermənistanın baş naziri Nikol Paşinyan Davos İqtisadi Forumu çərçivəsində keçirilən “Avropanın təsirini necə yaymalı” adlı panel müzakirəsində diqqət çəkən fikirlər səsləndirib.
Siyasətçi deyib ki, xarici siyasət qərarlarını qonşularına və tərəfdaşlarına mümkün qədər şəffaf şəkildə çatdırmağa çalışır.
Onun sözlərinə görə, Ermənistan Avropa İttifaqı, Rusiya və regional güclər - İran, Türkiyə, Azərbaycan ilə münasibətlər arasında balans yaratmağa çalışır.
Paşinyan da Davosa gedir
"Bu, asan məsələ deyil. Lakin bunu qeyri-mümkün məsələ də adlandırmaq olmaz. Mənim fikrim qəribə görünə bilər, amma biz çox şəffafıq. Mən deyərdim ki, "şübhəli şəkildə şəffafıq"... Biz tərəfdaşlarımıza digər tərəfdaşlarla nə etdiyimizi deyirik",- o qeyd edib.

İrəvan rəhbəri Avropa İttifaqına üzvlük prosesinin başlanmasına dair qanun layihəsindən də söz açıb. Siyasətçi bəyan edib ki, Ermənistan parlamenti böyük ehtimalla sənədi qəbul edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Paşinyan   Davos  





Xəbər lenti