Kiyev və London 100 illik saziş imzalayacaqlar

   Kiyev və London    100 illik saziş    imzalayacaqlar
  16 Yanvar 2025    Oxunub:383
Ukrayna və Böyük Britaniya bir əsrlik tərəfdaşlıq sazişi çərçivəsində Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında dərc olunan məlumatda müqavilənin “Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirməklə” dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı dərinləşdirəcəyi və Rusiyanı çəkindirəcəyi bildirilir.

“İki ölkə arasında tərəfdaşlıq sazişi hərbi və qeyri-hərbi sahədə əlaqələri genişləndirmək və dərinləşdirmək məqsədi daşıyır. London və Kiyev “həmişəkindən daha da yaxınlaşıblar və bu tərəfdaşlıq dostluğumuzu yeni səviyyəyə qaldıracaq”, - Böyük Britaniyanın baş naziri Kir Starmer vurğulayıb.

“Guardian” və “Financial Times” qəzetləri daha əvvəl Kiyevdə Kir Starmerin Ukraynaya hərbi dəstəyi, o cümlədən Böyük Britaniyanın sülhməramlı missiyada iştirak imkanlarını müzakirə edəcəyinin gözlənildiyini yazmışdılar. Səfər çərçivəsində o, həmçinin Ukrayna iqtisadiyyatının bərpası üçün 40 milyon funt sterlinq ayrılacağını da açıqlamaq niyyətindədir.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı, hazırda Böyük Britaniyadakı səfir Valeriy Zalujnı, öz növbəsində, Kir Starmerin Kiyevə səfərini alqışlayıb.

- Britaniya tərəfi bu çətin anlarda bizə fəal şəkildə kömək edir. Kiyevdə keçiriləcək danışıqlarda Ukrayna və Böyük Britaniyanın ali rəhbərliyi ilk növbədə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığı müzakirə edəcək. Amma ən mühüm gözlənti ölkələrimiz arasında müdafiədən tutmuş elm və mədəniyyətə qədər bir sıra sahələri əhatə edəcək 100 illik tərəfdaşlığa dair mühüm Sazişin imzalanmasıdır”, - Valeri Zalujnıy öz telegram-kanalında yazıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Britaniya   Ukrayna   saziş  





Xəbər lenti