Makron Tbilisiyə özünün mövcudluğunu xatırladıb

   Makron Tbilisiyə özünün mövcudluğunu xatırladıb
  11 Dekabr 2024    Oxunub:731
Fransa prezidenti Emmanuel Makron Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyasının təsisatçısı və fəxri sədri Bidzina İvanişviliyə zəng edib.
AzVision.az Gürcüstanın hakim partiyasının mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, Emmanuel Makron Gürcüstandakı vəziyyətdən narahatlığını ifadə edərək, onun tam həllinə töhfə vermək arzusunda olduğunu bildirib.

“Bidzina İvanişvili, öz növbəsində, Fransa prezidentinə təşəbbüsə görə təşəkkür edib və birgə səylər ideyasını dəstəkləyib”, - hakim partiyanın mətbuat xidmətinin məlumatında deyilir.

Maraqlıdır ki, bir saat davam edən telefon danışığının təfərrüatları və bunun təşəbbüskarının kim olduğu açıqlanmır.

Keçən həftə Makron Parisdə hökumətə müxalif möqvqe tutan Gürcüstan prezidenti Salome Zurabişvilini rəsmən qəbul edib və mətbuatın yazdığına görə, onun Donald Trampla görüşünə şərait yaradıb.

Gürcüstanda etiraz aksiyaları 13 gündür davam edir
Makronun bu canfəşanlığı artıq 13 gündür ki, xarici qüvvələrin Gürcüstanda narıncı inqilab törətmək cəhdlərinin, demək olar ki, iflasa uğramasından və hökumətin Qərbin agenti adlandırdığı Fransa vətəndaşı Salome Zurabişvilinin prezidentlik postundan tezliklə çıxarılacağından doğan təşvişlə bağlıdır. Çünki kənardan idarə olunan müxalifətin bütün cəhdlərinə rəğmən, Gürcüstan hakimiyyəti öz mövqeyində qətiyyatli olduğunu sərgiləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Makron   İvanişvili   zəng  





Xəbər lenti