Orban: “Dünyada radikal dəyişikliklər baş verəcək”

      Orban:    “Dünyada radikal dəyişikliklər baş verəcək”
  11 Dekabr 2024    Oxunub:1374
Dünyanı köklü dəyişikliklər gözləyir, liberal siyasi nizamın isə sonu çatıb.
AzVision.az xəbər verir ki, Qərb dövlətlərinin liderləri arasında öz prinsipial mövqeyi ilə seçilən Macarıstanın baş naziri Viktor Orban belə bəyanatla çıxış edib.

“Yalnız öz imkanlarından maksimum istifadə edən ölkələr gələcək dəyişikliklərin qalibi ola biləcəklər. Öz dəyərlərini qoruyub saxlaya bilməyənlər isə qısa zamanda əhəmiyyətini itirəcəklər”, - Macarıstanın baş naziri vurğulayıb.

Viktor Orban Qərb sivilizasiyasının beş yüz illik hökmranlığı dövrünün başa çatdığını, bütün dünyanın qərbləşməsi strategiyasının iflasa uğradığını və dünya iqtisadiyyatının mərkəzinin Şərqə keçdiyini, yeni dövrün isə Avrasiya əsri olacağını bildirib.

- Macarıstan Şərqin ən qərbində və Qərbin ən şərqində yerləşən ölkədir və dünyanın bütün iqtisadi mərkəzləri ilə əlaqələr qurmaq istəyir. Budapeşt öz tarixindən, iqtisadi quruluşundan və mədəniyyətindən istifadə etməlidir”, - Viktor Orban ölkəsinin siyasi kursunun mahiyyətini açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Orban   dünya   dəyişikliklər  





Xəbər lenti