Azərbaycanda şaxta olacaq

Azərbaycanda şaxta olacaq
  20 Aprel 2013    Oxunub:1306
Bəzi yerlərdə yağış yağacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 20-dən 21-nə keçən gecə Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gündüz və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 16 dərəcə isti olacaq.

Rayonlarda havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qara keçəcəyi gözlənilir.

Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-8, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 1-5 dərəcə isti, bəzi yerlərdə 2 dərəcəyədək şaxta təşkil edəcək.


Teqlər:  





Xəbər lenti