Hokşteyn: "Livan işğalla barışası deyil" - VİDEO

      Hokşteyn:    "Livan işğalla barışası deyil" -  VİDEO
  28 Noyabr 2024    Oxunub:355
"İsrail üçün Livanda "Hizbullah"la mövcud atəşkəs razılaşmasından daha yaxşı variant yoxdur".
Bu sözləri ABŞ Prezidentinin xüsusi müşaviri, İsrail və "Hizbullah" arasında atəşkəs danışıqlarının əsas vasitəçisi Emos Hokşteyn İsrailin "Kanal 12" telekanalına açıqlamasında dilə gətirib. O diqqətə çatdırıb ki, İsrail-Livan sərhədində "təhlükəsizlik zonası yaradılması xam xülyadır".

"Elə bir razılaşma gözləmək əsl xəyalpərəstlikdir ki, İsrail Livanda işğalçı qüvvə kimi fəaliyət göstərsin. Bu qətiyyən baş verməyəcək. Əgər İsrail bu barədə iddia irəli sürərsə, işğalçı mövqeyini təsdiqləyəcək", - Hokşteyn vurğulayıb.
Livan MN: "İsraillə sərhədə qoşun göndərilir"

Xatırladaq ki, ötən gün axşam saatlarında İsrail və Livan "Hizbullah"ı arasında razılaşdırılan atəşkəs yerli vaxtla dünən səhər saat 04:00-da qüvvəyə minib. Livanın milli müdafiə naziri Moris Səlim "ölkənin suverenliyinin mühafizəsi məqsədilə İsraillə sərhədə 10 min əsgərdən ibarət qoşun göndəriləcəyini" bildirib.

Firudin Həmidli
AzVision.az


Teqlər:   Livan   İsrail   ABŞ   atəşkəs  





Xəbər lenti