Fransanın İrəvandakı səfirindən Qərbi Azərbaycanla bağlı təxribat

 Fransanın İrəvandakı səfirindən  Qərbi Azərbaycanla bağlı təxribat
  25 Noyabr 2024    Oxunub:379
Fransanın Ermənistandakı səfiri Olivye Dekotini növbəti dəfə Azərbaycan əleyhinə təxribat xarakterli açıqlaması ilə diqqət çəkib.
O, "X" səhifəsində İranın xəritəsini paylaşaraq ölkəmizin tarixi Qərbi Azərbaycan anlayışına qarşı çıxıb. Təxribatçı səfir "yeganə və təkrarolunmaz" Qərbi Azərbaycanın yalnız İranda yerləşdiyini yazıb. Xəritədə İranın Qərbi Azərbaycan əyaləti qırmızı rəngdə işarələnib.

Fransanın Qərbi Zəngəzur təxribatı
Qeyd edək ki, rəsmi Bakı azərbaycanlıların hazırda Ermənistanın nəzarət etdiyi Qərbi Azərbaycana, öz tarixi dədə-baba yurdlarına qayıdacaqlarını dəfələrlə bəyan edib.Bu ifadə rəsmi səviyyədə fəal şəkildə istifadə olunur. Bundan başqa, Azərbaycan parlamentində Qərbi Azərbaycana qayıdışla bağlı təşəbbüs qrupu da yaradılıb.

Fransız səfirin Paris-İrəvan münasibətlərindən danışmaq əvəzinə, tez-tez Azərbaycana dair təxribat xarakterli fikirlər səsləndirməsi isə bir sıra suallar yaradır.

Xatırladaq ki, Olivye ötən ay da təxribat xarakterli paylaşım etmişdi. O. “X” sosial şəbəkəsindəki səhifəsində Qərbi Zəngəzurun strateji baxımdan vacib və çox həssas bölgə olduğunu yazmışdı. Diplomat Qərbi Zəngəzurda Ümumdünya Ərzaq Proqramı çərçivəsində həyata keçirilən layihələrin yarıdan çoxunu Fransanın maliyyələşdirdiyini bəyan edib: “Fransa Ermənistandakı resurslarından öz inancına və düşüncəsinə uyğun şəkildə istifadə edir. İrəvanı ciddi-cəhdlə silhalnadıran Parisin Ermənistanla bağlı “düşüncəsi” Zəngəzur dəhlizinin açılmasını əngəlləməyə və Cənubi Qafqazda yeni müharibənin alovlandırılmasına yönəlib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Səfir   Qərbi-Azərbaycan  





Xəbər lenti