Ukrayna ordusu artıq cəbhədə KXDR əsgərləri ilə döyüşür

   Ukrayna ordusu artıq cəbhədə KXDR əsgərləri ilə döyüşür
  25 Noyabr 2024    Oxunub:349
Hazırda Rusiya Federasiyasının Kursk vilayətində Şimali Koreyanın 11 mindən çox hərbi qulluqçusu var.
Bu barədə Ukrayna mediası məlumat yayıb. Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Anatoli Bargileviç telemarafonda çıxışı zamanı deyib ki, Koreya Xalq Demokratik Respublikasının(KXDR) əsgərləri artıq Ukrayna Silahlı Qüvvələrinə qarşı döyüşlərdə iştirak ediblər. Bargileviç Kursk vilayətinə KXDR-in hansı hərbi personalı köçürməsini də açıqlayıb.

Rus döyüşçülər KXDR-in it əti konservləri ilə qidalanırlar - "BILD"(Video)
“Bunlar əsasən ümumqoşun birləşmiş silahlı qüvvələridir. Həmin hərbçilər müvafiq sənədlərlə hazırlanıblar ki, əməliyyatlar keçirsinlər”, - o, qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Ukrayna prezidenti Vladimir Zelenski Moskva ilə Pxenyan arasında əldə olunan razılaşma çərçivəsində Şimali Koreyadan Rusiyaya ümumilikdə 100 minə qədər əsgərin gələ biləcəyini bəyan etmişdi.

Noyabrın əvvəlində isə ABŞ administrasiyası 10 min Şimali Koreya əsgərinin Kursk bölgəsində yerləşdirildiyini iddia etmişdi.
ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi brifinqdə məsələyə toxunarkən deyib ki, onlar yaxın günlərdə döyüşlərə qatıla bilərlər: "Əgər bu baş verərsə, onlar qanuni hərbi hədəfə çevriləcəklər".

CNN-in məlumatına görə isə KXDR hərbçiləri artıq işğal olunmuş Mariupolda və Xarkov vilayətinin ruslar tərəfindən ələ keçirilən ərazilərində də yerləşdiriliblər.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   KXDR   Ukrayna  





Xəbər lenti