Qırğızıstan parlamentinin keçmiş spikeri saxlanılıb
Vəkil Bakıt Osmonəliyevin sözlərinə görə, Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları keçmiş deputatı noyabrın 20-də saxlayıblar.
"Bu gün məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçməlidir. Lakin vəkil məmurun nədə təqsirləndirildiyini açıqlamayıb", - "Gazeta" yazıb.
Kanatbek İsaev dəfələrlə Joqorku Keneşin (qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti-red.) deputatı olub. O, Tokmok meri və prezidentin Çuy vilayətindəki səlahiyyətli nümayəndəsi işləyib. O, 2020-ci ildə bir aydan az müddətdə parlamentin spikeri vəzifəsində çalışıb.
Tural Tağıyev
AzVision.az
Teqlər: Qırğızıstan