Z.Həsənov Azərbaycan, Pakistan və Türkiyə arasında həyata keçirilən ikitərəfli və üçtərəfli hərbi əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Pakistan nümayəndə heyətini məlumatlandırıb.
General S.Ş.Mirza Azərbaycan-Pakistan hərbi əməkdaşlığının inkişaf etdirilməsində qarşılıqlı səfərlərin vacibliyini diqqətə çatdırıb. Qonaq 8 Noyabr - Zəfər Günü münasibətilə müdafiə nazirini təbrik edib.
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadovun da iştirak etdiyi görüşdə, həmçinin ölkələrimiz arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahəsində əməkdaşlığın yeni perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.
Daha sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Pakistan nümayəndə heyəti ilə görüşüb.
Baş Qərargahda keçirilən görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti müzakirə edilib və daha da möhkəmləndirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Pakistan-Türkiyə ikitərəfli və üçtərəfli birgə təlimlərinin intensivliyinin artırılmasının zəruriliyi qeyd edilib, eləcə də qarşılıqlı əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.
AzVision.az