Orta aylıq əməkhaqqı 8 % artıb
Bu il sentyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1754,9 min nəfər olub, onlardan 878,3 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 876,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 18,9 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 18,2 %-i təhsil, 12,8 %-i sənaye, 8,3 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i peşə, elmi və texniki fəaliyyət, 3,3 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2 %-i maliyyə və sığorta fəaliyyəti, 14,9 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.
AzVision.az
Teqlər: