Odessada həbs edilən gəmidəki azərbaycanlılar Bakıda
Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.
Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycan ilə Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb.
İlkin olaraq Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq olunan məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb. Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində sentyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.
Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.
AzVision.az
Teqlər: