Suriya və İraqdan 8 nəfər Azərbaycana gətirilib
Azərbaycanın həmin ölkələrdəki diplomatik nümayəndəlikləri tərəfindən müvafiq əlaqələndirmə işi aparılmaqla vətəndaşlarımız Azərbaycana qayıdış şəhadətnamələri ilə təmin edilib və nümayəndə heyətinin müşayiəti əsasında qeyd olunan vətəndaşların Azərbaycana repatriasiyası həyata keçirilib.
Qeyd edilib ki, repatriantların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
"Azərbaycan Respublikası hökuməti tərəfindən xarici ölkələrin ərazisində silahlı münaqişənin qurbanına çevrilmiş Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası üçün zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir", - deyə məlumatda vurğulanıb.
AzVision.az
Teqlər: