Aİ Kiyevə göstərdiyi yardımın həcmini açıqlayıb

Aİ Kiyevə göstərdiyi    yardımın həcmini    açıqlayıb
  17 Sentyabr 2024    Oxunub:984
Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Avropa İttifaqı (Aİ) Kiyevə 118 milyard avro həcmində yardım edib ki, bu vəsaitin də 43,5 milyard avrosu hərbi ehtiyaclar üçün ayrılıb.
AzVision.az bildirir ki, Avropa Komissiyasının (AK) sədrinin müavini Valdis Dombrovskis belə açıqlama verib.

“Hazırkı məqama qədər Avropa İttifaqı və onun üzvləri tərəfindən Ukraynaya göstərilən bütün yardımlar təxminən 118 milyard avro təşkil edir. Aİ və üzv ölkələr Kiyevə hərbi dəstək üçün təxminən 43,5 milyard avro toplayıblar”, - Dombrovskisin Avropa Komissiyasının saytında yerləşdirilmiş bəyanatında deyilir.

Haiti hakimiyyəti Makrondan cavab tələb edir
Qeyd edək ki, Brüssel ABŞ-nin dəstəyindən asılı olmayaraq, Aİ-nin bu ilin sonuna qədər Ukraynaya təxminən 44,48 milyard dollar dəyərində yeni kredit verməyə razılaşdığını açıqlayıb.

Sahil İsgəndərov
AzVision.az


Teqlər:   Ukrayna   yaedım  





Xəbər lenti