Hollandiya: “Müharibə yaxın iki ildə bitməyəcək”

   Hollandiya: “Müharibə yaxın iki ildə bitməyəcək”
  17 Sentyabr 2024    Oxunub:1038
Ukraynadakı müharibə nə 2024, nə də ki, 2025-ci ildə bitəcək. Rusiya isə, həqiqətən də böyük gücə malikdir.
AzVision.az xəbər verir ki, “LRT” telekanalına müsahibəsində Ukrayna cəbhəsində vəziyyətin çox ağır olduğunu vurğulayan Hollandiyanın Müdafiə naziri Ruben Brekelmans insanları nikbin, eyni zamanda realist olmağa çağırıb.

“Mən müharibənin bu il və gələn il də bitəcəyini düşünmürəm. Bəzən insanlar düşünürlər ki, rus işğalı marafona çevrilmiş sprint idi, amma əslində bu, 42 km-lik qaçış idi. Biz Ukraynaya kömək etmək üçün çox çalışmalıyıq, lakin biz uzunmüddətli baxışa malik olmalıyıq və əmin olmalıyıq ki, Avropada insanlar Ukraynanı dəstəkləməkdə davam edəcəklər. Ona görə də, yalan illüziyalar yaratmamalıyıq ki, sonradan insanlar məyus olmasınlar”, - Brekelmans deyib.

Hollandiyanın Müdafiə naziri, həmçinin Rusiyanın “həqiqətən güclü” və “çox uzun müddət ərzində” yüksək intensivliklə müharibə aparmağa qadir olduğunu bildirib.

“Rusiya rəqəmlərə oynayır və Ukraynanın buna müqavimət göstərməsi çox çətindir. Ona görə də, biz bu təhdidlərdən qorunmaq və Rusiyanı gələcək təcavüzdən çəkindirmək üçün əhəmiyyətli resurslar yatırmalıyıq”, - Brekelmans vurğulayıb.

F-16-lar Ukrayna cəbhəsində vəziyyəti dəyişə biləcəkmi?
Qeyd edək ki, Hollandiya Danimarka ilə birlikdə iyul ayının sonlarında Ukraynaya ABŞ-nin istehsal etdiyi ilk 10 ədəd F-16 qırıcı təyyarələrini göndərib. Təxminən bir həftə əvvəl isə, Amsterdam həmin təyyarələrdən istifadə etməklə Rusiya ərazilərinə zərbələr endirməyə icazə verdiyini açıqlayıb. Bu məqsədlə Hollandiya Kiyevə 80 milyon avro civarında F-16 təyyarələri üçün raketlər, ehtiyat hissələri və avadanlıq tədarük edəcəyini bildirib.

Sahil İsgəndərov
AzVision.az




Teqlər:   Hollandiya   Ukrayna   Rusiya  





Xəbər lenti