Hökumət kriptovalyutadan qazananlar üçün vergi qaydaları hazırlayır

   Hökumət kriptovalyutadan qazananlar üçün vergi qaydaları hazırlayır
  10 Sentyabr 2024    Oxunub:1950
Hökumət kriptovalyuta vasitəsilə qazananlar üçün yeni vergi qaydaları hazırlayır.
Bunu “Chain Reaction 2024” forumu çərçivəsində “Başlanğıcdan innovasiyaya. Kriptovalyuta bazarlarının yolu” adlı paneldə çıxışı zamanı “4SIM Azerbaijan” şirkətinin icraçı direktoru Fariz Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycanda elektron tender və viza platformaları, eləcə də “fintech” sahəsində maliyyə həlləri fəal şəkildə inkişaf etdirilir, pərakəndə ticarət və KOM-lar üçün yeni imkanlar yaradılır.

“Gələcəkdə 1200-dən çox kiçik və orta sahibkara ERP sistemlərinə və bulud həllərinə çıxışı təmin etməklə onlara kömək etmək planlaşdırılır ki, bu da biznesə həm ölkə daxilində, həm də beynəlxalq bazarlarda öz fəaliyyətlərini sürətlə rəqəmsallaşdırmağa və genişləndirməyə imkan verəcək”.

AzVision.az


Teqlər: Kriptovalyuta   Azərbaycan  





Xəbər lenti