AMB “Bank of Baku”nun vəzifəli şəxsini cərimələyib

AMB “Bank of Baku”nun vəzifəli şəxsini cərimələyib
  09 Sentyabr 2024    Oxunub:828
Azərbaycan Mərkəzi Bankı (AMB) “Bank of Baku” ASC-nin bir vəzifəli şəxsini 1 500 manat cərimə edib.
AzVision.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, qurumun apardığı cari nəzarət prosesləri çərçivəsində “Banklar haqqında” qanunun 35.4-cü maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulduğu məlum olub.

Odur ki, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq bankın əməkdaşına qarşı tədbir görülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti