Yalançını tanımaq üçün TEST

Yalançını tanımaq üçün TEST
  19 Aprel 2013    Oxunub:2130
Yəqin ki, hər kəs yalanı doğrudan ayırmaq qabiliyyətinə malik olmaq istəyər. AzVision.az sizə bu işdə yardımçı olmağa çalışıb. Təqdim etdiyimiz testin suallarını cavablandırmaqla qarşınızdakı şəxsin sizə yalan deyib-demədiyini anlaya bilərsiniz.
1.Həmsöhbətinizin danışıq tempi və intonasiyası necədir?
a) Səlisdir, bəzi ifadələrin sonunda yüngül emosiya artımı hiss olunur - 0 bal
b) Tənbəlliklə, sanki düşünürmüş kimi alçaq tonla danışır -2 bal
c) Sürətlə və yersiz fasilələrlə danışır – 5 bal

2. Tutaq ki, bir nəfərlə görüşüb mühüm bir məsələni müzakirə etmək üçün qabaqcadan görüş təyin etmişiniz, amma ...
a) O, qabaqcadan zəng edib, məşğul olduğunu və yaxın gələcəkdə sizinlə görüşməyə imkanı olmadığını bildirir - 0 bal.
b) Sizin zənginizə cavab olaraq məşğul olduğunu deyir və görüşü başqa günə təyin etməyi təklif edir - 4 bal.
v) SMS vasitəsilə görüşün vaxtını dəyişməyi xahiş edir - 5 bal.

3. Həmsöhbətinizin baxışları hara yönəlib?

a) Gözlərini yavaş-yavaş tərpədir, gah sizin gözünüzün içinə düz baxır, gah da bir qədər ətrafa nəzər salaraq, yenidən sizə baxır – 0 bal.
b) Gözlərinizdən başqa hara gəldi baxır. Bəzənsə gözünüzdən bir qədər sola və ya gözünüzün üstünə baxır – 4 bal.
c) İti, bir qədər də gərgin baxışlarla düz gözünüzün içinə baxır – 5 bal

4. Söhbət əsnasında eşitdiklərinizdən sizə aydın olmayan məqamlar barədə sual verirsiniz. Həmsöhbətinizin buna münasibəti necə olur?
a) Qısa, lakin dəqiq cavab verir, məsələni izah etməyə çalışır – 0 bal
b) Gözlərini süzdürərək, sizin savadsız olduğunuzu bildirmək istəyir, monoton şəkildə, hər şeyi ən başından, lakin daha ətraflı danışmağa başlayır – 3 bal.
c) Birbaşa cavab vermədən lazımsız nüanslar barədə uzun-uzadı danışır – 5 bal.

5. Həmsöhbətiniz danışarkən artıq jestlərdən istifadə edirmi?

a) Çox nadir hallarda, əl hərəkətləri dalğavari və sakitdir– 0 bal
b) Tez-tez.. Əllərini özündən sizə doğru uzatmaqla ziqzaqvari hərəkətlər edir – 2 bal
c) O, elə bil öz əlləri ilə özünə kömək edir. Əl hərəkətləri özünə doğru yönəlmiş olur, əllərilə “iti bucaq” düzəldir – 5 bal.

6. Bir müddət keçəndən sonra siz ondan söylədiklərini bir daha təkrar etməsini istəyirsiniz. O, nə edir?

a) Həvəssiz, müfəssəl, lakin söhbətin mahiyyətini təhrif etmədən cavab verir – 0 bal.
b) Onun cavabında mövzudan kənar bir versiya eşidirsiniz, bununla yanaşı emosional hərəkətləri və ara-sıra düşünmələri ilə söhbəti tamamilə təhrif edir – 4 bal.
c) Siz bir sıra yeni məlumatlar eşidir, buna baxmayaraq söhbətin mahiyyətini anlamırsınız. O, əvvəl dediklərini təkrar etmir, izah edərkən özü də çaşıb qalır – 5 bal

Balları toplayın və nəticələrlə tanış olun:

20-30 bal: Bu, o deməkdir ki, sizə yalan danışırlar. Hətta uydurqları yalana özləri belə inanırlar! Əslində bu, yalandan çox usta bir aktyorun oynadığı rola bənzəyir. Çətin ki, bu aktyoru vicdanı narahat etsin... Ona inanmayın və arxayınlaşmayın!

9-19 bal: Bu adam yalanlar içində boğulur. Tutarsız yalanları ilə o sudan quru çıxmağa çalışır, və yalana bir xilas mənbəyi kimi baxır. Belləri yalanı adətə bir qartopu kimi hər kəsə atır. Belə insanlarla münasibətdə hər zaman məlumatın düzgünlüyünü yoxlayın və onların sizi aldatmalarına yol verməyin!

0-8 bal: Sizi aldatmırlar. Sadəcə, faktları bir azca təhrif edirlər. Onların davranışları bəzən dostcasına “yaltaqlıq”, bəzənsə qeyri peşəkar qayğıya yozulur. Qarşılıqlı söhbət zamanı sizin deviziniz, müşahidə etmək, diqqətlə dinləmək və öz dostluğunuzu nümayiş etdirməkdən ibarət olmalıdır.


Teqlər:





Xəbər lenti