Taxıl sahələrinin 98 %-də biçin başa çatıb

 Taxıl sahələrinin 98 %-də biçin başa çatıb
  14 Avqust 2024    Oxunub:1055
Azərbaycanda payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 %-i biçilərək məhsulu yığılıb.
AzVision.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, sahələrdən 2 937,3 min ton məhsul toplanıb, məhsuldarlıq 30 sentner olub.

Məhsulun 1 680,3 min tonunu və yaxud 57,2 %-ni buğda, 1 227,4 min tonunu və yaxud 41,8 %-ni arpa, 29,6 min tonunu və yaxud 1 %-ni isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatıb. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 %-dən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 %-dən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olub.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97 min ton) rayonlarında müşahidə olunub.

AzVision.az



Teqlər:





Xəbər lenti