Sosial ödənişlərin təyini qaydası təsdiqlənib

   Sosial ödənişlərin təyini qaydası təsdiqlənib
  01 Avqust 2024    Oxunub:1798
Baş nazir Əli Əəsdov “Sosial ödənişlərin təyin edilməsi, ödənilməsi, ödənişinin dayandırılması və sosial ödəniş işlərinin mühafizəsi Qaydası”nın təsdiq edilməsi haqqında qərar imzalayıb.

Qərarla sosial ödənişlərin proaktiv təyinatı MEİS-yə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-nin “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 iş günü müddətində aparılacaq.

Eyni zamanda “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nı ləğv edilib.

Qaydaya əsasən, sosial ödənişlər Fondun müvafiq banklarla bağladığı müqavilələr əsasında plastik kartlar vasitəsilə yalnız nağdsız qaydada ödənilir.

Şəhidin, o cümlədən vəfat etmiş Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxsin, habelə Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak 18 olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan ailə üzvlərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü onların arzularına əsasən Azərbaycan Respublikasının banklarında açılmış şəxsi hesablarına və ya öz vəsaitləri hesabına yaşadıqları ölkələrə köçürülür.

Artıq ödənilmiş sosial ödənişin məbləği “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinə uyğun olaraq şəxsin yazılı razılığına əsasən, yaxud məhkəmə qaydasında tutulur.

AzVision.az


Teqlər:





Xəbər lenti