Bank sektorunun aktivləri 50 milyardı keçib

Bankların aktivlərinin 23 970,7 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 19,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 44,4 %-dən 47,6 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 12,2 % artaraq 44 086,3 milyon manata, o cümlədən depozit portfeli 9,8 % artaraq 35 185 milyon manata çatıb. Bunun 13 880,3 milyon manatı fiziki, 21 304,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 11,3 %, şirkətlərin banklardakı vəsaitləri isə 8,8 % artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,3 dəfə azalaraq 47,1 milyon manat olub. Sektorun balans kapitalı isə 5,6 % artaraq 6 241,8 milyon manat təşkil edib.
AzVision.az
Teqlər: