Əlilliyi olan 15,7 min uşağa reabilitasiya xidmətləri göstərilib

Əlilliyi olan 15,7 min uşağa reabilitasiya xidmətləri göstərilib
  22 İyul 2024    Oxunub:782
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin uşaq reabilitasiya mərkəzləri tərəfindən yanvar-iyun aylarında 18 yaşadək əlilliyi olan 15,7 min şəxsə reabilitasiya xidmətləri göstərilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az -a verilən məlumata görə, onlardan 979 nəfəri stasionar, 10 min nəfəri ambulator, 941 nəfəri icma əsaslı, 3,3 min nəfəri onlayn, 118 nəfəri ippoterapiya, 253 nəfəri səyyar reabilitasiya xidmətlərinə cəlb olunub.

Həmin kateqoriyadan olan uşaqlar Agentliyin paytaxtda yerləşən 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzi, eləcə də Qəbələ və Şəmkir Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri ilə təmin edilirlər.

AzVision.az



Teqlər:





Xəbər lenti