“Qarabağ” üçün 12 mümkün rəqib

“Qarabağ” üçün 12 mümkün rəqib
  20 İyul 2024    Oxunub:1691
Avrokubokların III təsnifat mərhələsinin püşkatma mərasimləri iyulun 22-də baş tutacaq.
AzVision.az "İdman.biz"-ə istinadən xəbər verir ki, II təsnifat mərhələsi hələ başlamadığı üçün püşkatmada əsasən cütlər iştirak edəcək.

Çempionlar Liqasının “Linkoln” – “Qarabağ” cütünün də rəqibləri püşkatmada bəlli olacaq. Azərbaycan çempionu reytinqi yüksək olduğu üçün səpələnmişlər sırasında yer alacaq.

Qurban Qurbanovun yetirmələrini püşkdə 6 mümkün variant gözləyir. Söhbət 12 klubun yer aldığı 6 cütdən gedir.

“Qarabağ”ın mümkün rəqibləri:
"Malmö" – "Klaksvik" cütünün qalibi
"Lüdoqorets" – "Dinamo" Mn cütünün qalibi
APOEL – "Petrokub" cütünün qalibi
"Panevejis" – "Yagellonya" cütünün qalibi
"Şemrok Rovers" – "Sparta" cütünün qalibi
"Santa Koloma" – "Midtulland" cütünün qalibi

AzVision.az




Teqlər:





Xəbər lenti