SOCAR Türkiyə şirkəti ilə təqaüd proqramına qəbul elan edir

SOCAR Türkiyə şirkəti ilə təqaüd proqramına qəbul elan edir
  17 İyul 2024    Oxunub:839
SOCAR “Türkiye Petrolleri Anonim Ortaklığı” şirkəti ilə əməkdaşlıq çərçivəsində Zonguldak Bülent Ecevit Universitetinin (ZBEU) nəzdində fəaliyyət göstərən Çaycuma peşə məktəbinə "Offshore Subsea Operations Technology" (Dənizdə sudibi əməliyyatların texnologiyası) və "Offshore Drilling Technology" (Dənizdə qazma texnologiyası) ixtisasları üzrə təqaüd proqramına qəbul elan edir.
2 illik peşə təhsili müddətində qəbul olmuş şəxsin təhsil haqqı və aylıq 350 AZN məbləğində təqaüd SOCAR tərəfindən ödəniləcək. Əlavə olaraq, təhsil ili ərzində 2 dəfə olmaqla Azərbaycandan Türkiyəyə və əks istiqamətdə təyyarə bileti təmin olunacaq.

Təqaüd proqramına kimlər müraciət edə bilər?

Proqrama müraciət etmək üçün namizədlər aşağıda qeyd olunan tələblərə cavab verməlidirlər:

Azərbaycan Respublikası vətəndaşı olmalı;
Tam orta təhsilli olmalı;
Xarici dil bilikləri olmalıdır. (türk dili C-1 və ingilis dili B-1 səviyyələri)
*İmtahan nəticələrinə əsasən ehtiyac yaranarsa İngilis dili ilə bağlı nəticələri tələblərə cavab verməyən müraciətçilər peşə məktəbində əlavə olaraq 1 illik hazırlıq müddətinə cəlb oluna bilərlər. Bu müddət ərzində də xərclər SOCAR tərəfindən qarşılanacaqdır.

Seçim prosesi hansı mərhələlərdən ibarətdir?

Müsabiqə mərhələli olaraq keçiriləcəkdir:

Proqrama müraciət mərhələsi (Zonguldak Bülent Ecevit Universitetinin müvafiq sistemi vasitəsilə)
Dil biliyinin yoxlanması mərhələsi:
İngilis və türk dili biliyinin yoxlanması imtahanı (İmtahanlar Zonguldak Bülent Ecevit Universitetinin əməkdaşları tərəfindən Bakıda təşkil ediləcəkdir.)
Proqrama seçim və qəbul mərhələsi. (Seçim Zonguldak Bülent Ecevit Universitetinin tərəfindən aparılacaqdır)

Necə müraciət etmək olar?
Peşə məktəbi və ixtisaslarla ətraflı tanış olmaq üçün aşağıdakı linklərə keçid edə bilərsiniz.
"Offshore Drilling Technology" ixtisası üzrə ətraflı məlumat
"Offshore Subsea Operations Technology" ixtisası üzrə ətraflı məlumat
Müraciət etmək üçün linkə buradan keçid edə bilərsiniz.

Müraciət qəbulunun son tarixi: 31 iyul 2024-cü il

*SOCAR Proqramın sonunda məzunların işə qəbulu ilə əlaqəli öhdəlik daşımır.

Müraciət zamanı yaranan texniki problemlər və digər dəqiqləşdirmələr ilə bağlı suallar
[email protected] emailinə ünvanlana bilər.
Proqramla bağlı əlavə suallarınızı ünvanlamaq üçün:
Əlaqə nömrəsi: +994508410532, +994508410711
E-mail: [email protected]

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti