FHN zəlzələ ilə bağlı məlumat yayıb
"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - açıqlamada deyilir.
AzVision.az
Teqlər: