"Azərbaycan Françayzinq Assosiasiyası" strateji tərəfdaşlıq sazişi imzalayıb

"Azərbaycan Françayzinq Assosiasiyası" strateji tərəfdaşlıq sazişi imzalayıb
  16 İyul 2024    Oxunub:842
“Azərbaycan Françayzinq Assosiasiyası” (AFA) İctimai Birliyi və Böyük Britaniyanın “Grem Capital Limited” (GCL) şirkəti arasında strateji tərəfdaşlığa dair saziş imzalanıb.
AzVision.az xəbər verir ki, sənədi Assosiasiyanın İdarə Heyətinin sədri Camid Mövsümov və şirkətin rəhbəri Telman Abbasov imzalayıb.

Saziş təşkilatlar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi prosesində birgə fəaliyyət kimi məsələləri özündə ehtiva edir.
Qeyd olunub ki, “Grem Capital Limited” şirkəti 2022-ci ildə yaradılıb. Şirkət daşınmaz əmlak satışı, əmlak invesitisiyaları, blokçeyn texnologiyaları sahələrində fəaliyyət göstərir. “Grem Capital Limited” şirkətinin əsas məqsədlərindən biri dünya əmlak brokerlərini birləşdirən platformaya çevrilməkdir. Hal-hazırda platformada 120 ölkədən 1000 üzəri broker qeydiyyatdan keçmişdir.

Qeyd edək ki, bu görüş “Azərbaycan Françayzinq Assosiasiyası”nın vasitəçiliyi ilə baş tutub. Assosiasiyanın əsas fəaliyyət məqsədi ölkə markalarının xaricə daşınması və xarici markaların ölkədə fəaliyyətinin təşkilidir. Assosiasiya 2022-ci ilin 30 iyun tarixindən fəaliyyət göstərir.

Tədbirin sonunda “Azərbaycan Françayzinq Assosiasiyası” ilə “Grem Capital Limited” şirkəti arasıda strateji tərəfdaşlığa dair Saziş imzalanıb.

AzVision.az

Qalereya




Teqlər: Saziş  





Xəbər lenti