DSX kursantları azad edilmiş ərazilərdə
Bildirilib ki, belə tədbirlərin keçirilməsinin bilikli, texnoloji yenilikləri mənimsəməyə və tətbiq etməyə qadir kadrların yetişdirilməsində, gələcəyin sərhədçi zabitlərinin hazırlanmasında xüsusi rolu var.
Dövlət Sərhəd Xidmətinin arsenalında olan silahlar və döyüş texnikaları ilə tanış olan kursantlara birləşmə və hərbi hissələrin xidməti-döyüş fəaliyyəti barədə məlumat verilib, atıcı silahlardan nümunəvi atışların aparılması, şərti düşmən postunun məhvi üzrə səhnələr nümayiş etdirilib.
Daha sonra Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb, işğaldan azad edilmiş ərazilərdə birinci pilot layihə kimi yenidən qurulmuş Zəngilan rayonunun Ağalı kəndində yaradılmış şəraitlə tanış olduqdan sonra “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinə yollanıblar. Səfərin sonunda şəxsi heyətlə xatirə fotoşəkilləri çəkdirilib.
AzVision.az
Teqlər: