Bu gün Avro-2024-ün qalibi bəlli olacaq

   Bu gün Avro-2024-ün qalibi bəlli olacaq
  14 İyul 2024    Oxunub:922
Bu gün Avro-2024-ün qalibi müəyyənləşəcək.
AzVision.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gələcək. Berlindəki Olimpiya stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı hakim Fransua Leteksye idarə edəcək.

Qeyd edək ki, İngiltərə millisi yarımfinalda Niderlanda, İspaniya isə Fransaya 2:1 hesabı ilə qalib gəlib.

14 iyul

23:00. İspaniya - İngiltərə
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu
AzVision.az


Teqlər:





Xəbər lenti