Hərbi qulluqçu vəfat edib

   Hərbi qulluqçu vəfat edib
  11 İyul 2024    Oxunub:1162

İşğaldan azad olunan Xocavənd rayonu ərazisinə dislokasiya edilən Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunların müddətdən artıq xidmət edən hərbi qulluqçusu (MAXE) təlim zamanı tabel silahı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
DİN-in mətbuat xidmətindən bildirilib ki, bir neçə gün göstərilən tibbi müdaxilələrə baxmayaraq, 21 yaşlı MAXE Xanlar Əhmədov bu gün vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti