Azad edilmiş ərazilərə icazəsiz keçmək istədilər

   Azad edilmiş ərazilərə icazəsiz keçmək istədilər
  11 İyul 2024    Oxunub:829
Ağdam və Tərtər Rayon Polis Şöbələrinin əməkdaşlarının keçirdiyi tədbirlərlə işğaldan azad edilmiş ərazilərə müvafiq icazəsi olmadan daxil olmaq istəyən 4 nəfər saxlanılıb.
Bu barədə AzVision.az -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirili ki, həmin şəxslər barəsində inzibati protokollar tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarına əsasən onlar müvafiq qaydada məsuliyyətə cəlb olunublar.

AzVision.az


Teqlər:





Xəbər lenti