“Səbail” “Neftçi”nin sabiq futbolçusunu transfer edib

“Səbail” “Neftçi”nin sabiq futbolçusunu transfer edib
  10 İyul 2024    Oxunub:1408
“Səbail” heyətinə yeni futbolçu cəlb edib.
AzVision.az xəbər verir ki, "dənizçilər” Azərbaycan U-21 millisinin sabiq müdafiəçisi Mert Çeliklə bir illik müqavilə imzalayıb.

U-21 yığmamızın heyətində 7 qarşılaşmada 1 qola imza atmış 24 yaşlı futbolçu “Səbail”də 20 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Mert Çelik daha əvvəl Azərbaycanda 2020 - 2023-cü illər mövsümündə “Neftçi”nin formasını geyinib.

AzVision.az



Teqlər:





Xəbər lenti