"Zirə" "Şerif"ə qarşı

"Zirə" "Şerif"ə qarşı
  11 İyul 2024    Oxunub:2265
Bu gün "Zirə" Avropa Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
AzVision.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçilik etdiyi komanda Moldova "Şerif"i ilə üz-üzə gələcək. Rəqibin adını daşıyan stadionda keçiriləcək oyunu isveçrəli referi Alessandro Dudiç idarə edəcək.

Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu iyulun 18-də Bakıda keçiriləcək.

"Zirə" "Şerif"i üstələsə, 2-ci mərhələdə “Elfsborq” (İsveç) – “Pafos” (Kipr) cütünün qalibi ilə qarşılaşacaq. “Qartallar” mərhələ adlasa, 2-ci təsnifatda birinci oyunu Bakıda keçirəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti