Rusiyada 46 uşaq zəhərləndi

Rusiyada 46 uşaq zəhərləndi
  10 İyul 2024    Oxunub:869
Rusiyanın Tuva şəhərinin “Çağıtay” sağlamlıq düşərgəsində 47 nəfər zəhərlənib. Onlar kəskin bağırsaq infeksiyası əlamətləri ilə Tuvanın Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib.
AzVision.az xəbər verir ki, zəhərlənənlərdən 46-sı uşaqdır.

Rusiyanın səhiyyə naziri Anatoli Yuqay deyib ki, uşaqlar özlərini daha yaxşı hiss edirlər. Reanimasiyada olan bir qızın vəziyyəti yaxşılaşıb.

Bundan əlavə mütəxəssislər kütləvi zəhərlənmənin hansı səbəbdən baş verdiyini müəyyənləşdirirlər. Sanitar və epidemiya əleyhinə kompleks tədbirlər də həyata keçirilir.

Həmidə İbrahimova
AzVision.az


Teqlər: Rusiya   Tuva   zəhərlənmə  





Xəbər lenti