Misir millisinin futbolçusu oyun zamanı dünyasını dəyişib

Hadisə Misir çempionatının XI turunda “Əl-İttihad”a qarşı keçirilən matç zamanı baş verib. 31 yaşlı forvard oyunun başa çatmasına 2 dəqiqə qalmış yerə yıxılıb. Xəstəxanaya çatdırılan futbolçunun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Əhməd Refaat peşəkar karyerası ərzində 211 oyun keçirib. O, Misir millisində isə 7 matçda 2 qolla yadda qalıb.
AzVision.az
Teqlər: