Nazir həmkarlarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb

Nazir həmkarlarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb
  06 İyul 2024    Oxunub:1172
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında həmkarlarına Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin faktiki vəziyyəti barədə məlumat verib.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Nazir, həmçinin regional hadisələr, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri barədə həmkarlarını geniş məlumatlandırıb.

TDT-nin gücləndirilməsi təşəbbüsləri, təhlükəsizlik, iqtisadiyyat, ticarət, enerji, nəqliyyat-kommunikasiya, ətraf mühit və s. sahələrdə sektorlararası əməkdaşlığın perspektivləri vurğulanıb.

AzVision.az



Teqlər:





Xəbər lenti