Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj etdi

Özünü qazi kimi təqdim edib vətəndaşları şantaj etdi
  06 İyul 2024    Oxunub:1293
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində vətəndaşlardan barələrində rüsvayedici məlumatlar yayacağı hədəsi ilə pul alan şəhər sakini Taleh Qədirov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AzVision.az -a verilən məlumata görə, araşdırmalar zamanı özünü qazi kimi tanıdan T.Qədirovun bir nəfər şəhər sakinindən 1000 manat aldığı, bir nəfərdən isə eyni məbləğdə pul tələb etdiyi məlum olub.

Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanıb, araşdırmalar davam etdirilir. T.Qədirovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti