İlahiyyat Kollecinə direktor təyin olundu

   İlahiyyat Kollecinə direktor təyin olundu
  05 İyul 2024    Oxunub:1336
Bakı İlahiyyat Kolleci publik hüquqi şəxsin direktoru vəzifəsi Mehman İsmayılova həvalə olunub.
AzVision.az xəbər verir ki, bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Mehman İsmayılov indiyə kimi Mənəvi Dəyərlərin Təbliği Fonduna rəhbərlik edirdi.

Bundan başqa, Vüsal Göyüşov Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru vəzifəsinə təyin olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti