Parlament prospektinin bir hissəsi təmirə bağlanır

Parlament prospektinin bir hissəsi təmirə bağlanır
  05 İyul 2024    Oxunub:987
Parlament prospektinin bir hissəsi təmirə bağlanacaq.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 6 iyul saat 7:00-dan 7 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Miкayıl Müşfiq küçəsində (Parlament prospektindən Mətbuat prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti