Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub

Azərbaycanın qadın güləşçisi Avropa çempionu olub
  04 İyul 2024    Oxunub:1401
Azərbaycanın qadın güləşçisi Ruzanna Məmmədova Serbiyanın Novi Sad şəhərində keçirilən 20 yaşlılar arasında Avropa çempionatında qızıl medal qazanıb
AzVision.az Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 59 kiloqram çəkidə yarışan R. Məmmədova finalda rusiyalı Yelena Kurova ilə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən görüş qarşılıqlı xallarla keçib. Əzmkarlıq göstərən güləşçimiz yekunda 14:10 hesablı qələbə ilə Avropa çempionu olub.

Elvina Kərimzadə (50 kiloqram) təsəlliverici görüşdə bolqarıstanlı Emine Osmandan güclü olub – 6:3. Ancaq bürünc medal uğrunda qarşılaşmada finlandiyalı Roberta Luostarinenə uduzub – 0:10.

Nərgiz Səmədova (55 kiloqram) təsəlliverici görüşdə polşalı Nikola Vişnievskanı “tuş”la mübarizədən kənarlaşdırıb. Həmyerlimiz üçüncü yer uğrunda həlledici qarşılaşmada rusiyalı Yekaterina Çikanovaya məğlub olub – 1:8.

Fatimə İsayeva (68 kiloqram) təsəlliverici görüşdə polşalı Karolina Domaşuka müqavimət göstərə bilməyib – 0:10.

AzVision.az



Teqlər:





Xəbər lenti