General-leytenant və general-mayor ehtiyata buraxıldı
Məlumatı Müdafiə Nazirliyindən saytımıza təsdiqləyiblər. Bildirilib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi general-leytenant Zakir Ağayev ilə Rabitə, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsinin rəisi general-mayor Məmməd Eminov öz arzuları ilə ehtiyata buraxılıblar.
“Azərbaycan bayrağı” ordeni ilə təltif edilmiş Zakir Ağayevə 2022-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant rütbəsi verilmişdi.(Qafqazinfo)
AzVision.az
Teqlər: