Sadır Japarov Azərbaycana gələcək

   Sadır Japarov Azərbaycana gələcək
  04 İyul 2024    Oxunub:577
Qırğızıstan Prezidenti Sadır Japarov iyulun 5-6-da Azərbaycana işgüzar səfər edəcək.
Bu barədə Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyev məlumat verib.

O qeyd edib ki, Qırğızıstanın dövlət başçısı iyulun 6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dövlət başçılarının qeyri-rəsmi zirvə toplantısında iştirak edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti