Füzulinin də "ağıllı kəndi" olacaq

 Füzulinin də  "ağıllı kəndi"  olacaq
  02 İyul 2024    Oxunub:1491
Füzulidə peşə liseyinin və 240 yerlik bağçanın tikintisi gedir, 180 yerlik xəstəxananın isə inşası nəzərdə tutulub.
Bu sözləri AzVision.az -a Füzuli şəhərində jurnalistlər üçün keçirdiyi brifinqdə Prezidentin Ağdam, Füzili və Xocavənd rayonlarındakı xüsusi nümayəndəliyinin əməkdaşı Ümid İsazadə deyib. O əlavə edib ki, artıq hazır olan 38 binanın yanındakı parkdan əlavə, böyük bir parkın salınması planlaşdırılır. Artıq bununla bağlı torpaq işlərinə başlanıb.

Şəhərdə ikinci və üçüncü yaşayış məhəllələrinin layihələndirilməsi davam etdirilir. Onların da yaxın zamanda tikilməsi gözlənilir.

Rayonda 6 kəndin təməli qoyulub. Dövlətyarlı kəndində tikinti işlərinə yaxın zamanlarda başlanılacaq. 450 evdən ibarət Dövlətyarlı "ağıllı kənd" olacaq.



Pirəhmədli və Dədəli kəndində tezliklə torpaq işlərinin başlayacağı gözlənilir.

- Cənab Prezident tərəfindən dövlət qurumlarının qarşısında qoyulan əsas hədəf, birinci tapşırıq əhalinin köçünü ləyaqətli və dayanıqlı şəkildə təşkil etməkdir. Bu səbəbdən də biz ərazinin minalardan tam təmizlənməsinə, sosial infrastrukturun qurulmasına, sahibkarlıq üçün münbit şəraitin yaradılmasınana diqqət yetiririk ki, bura köçən əhalinin həyat səviyyəsi daha da yaxşı olsun,- xüsusi nümayəndəliyin əməkdaşı bildirib.

Səbinə Həsənova
AzVision.az


Teqlər:





Xəbər lenti